"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi, ya seks varsa, əxlaqsızlıqdır. Beynim "error" verdi".

"Kanal14.az" xəbər verir ki, bunu müğənni Nura Suri "Facebook" hesabında yazıb.  

O, cəmiyyətdə tənqid edilən kişi-qadın münasibətlərindən bəhs edib:

"Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək eyıb deyil, adam sevmək eyibdır.İnsanın suya, havaya, yeməyə olan ehtiyaclarından biri də sevgi və seksdir. İnsan belə yaradılıb. Yəni, sizin dünyaya gəlişiniz seksin, ya da sevginin nəticəsidir. Gedin bu fikirlə yaşayın indi. Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, özünüzü bir şəxsiyyət kimi formalaşdıra bilmirsiniz çoxunuz.  Öz hisslərinizi dilə gətirməyə qorxursunuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-basdır etməyə çalışırsınız. Kiminsə səviyyəsinə çatmağa yox, öz batağlığınıza salmağa çalışırsınız. Hətta yazdığım bu statusu belə dərk etmə qabiliyyətiniz yoxdur bəzilərinizin. 

Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiniz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsınız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiniz. Bütün günü onun, bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiniz, adını da namus, qeyrət qoyaraq".