kanal14.az
kanal14.az

"Nura Suri adında müğənni tanımıram" - Faytonçu Nazimdən qalmaqallı açıqlama

21-04-2021, 16:22 81 dəfə baxılıb


"Nura Suri adında müğənni tanımıram. O insan haqqında danışmaq istəmirəm. Özü də Nura yox, əsl adı Aynurədir. Aynurə adında qız tanıyıram, amma Nura Suri adlı müğənni tanımıram. O, mənim üçün müğənni deyil".

Kanal14.az  Musavat.com-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "MTV Azərbaycan"a açıqlamasında deyib." Faytonçu Nazim" kimi tanınan sənətçi aralarında yaşanan qalmaqalın səbəbini açıqlamasa da, onun şəxsi məsələ olduğunu bildirib:

"Əfsus ki, məsələni efirə çıxardıb, gündəmə gətirdi. Ondan sonra Nura Surini hər yerdə qara siyahıya atmışam, əlaqə nömrələrini pozmuşam. Bu insanla üzbəüz də gəlmək istəmirəm. Müğənni saymıram, sübut etməyə də hazıram. Onun musiqi savadı, biliyi yoxdur. Müğənniliyə yararsız adamdır. Heç onun səsi də yoxdur. Sadəcə bir insandır, Allah verdiyi səslə danışır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA