Son sutkada 790 nəfər koronavirusdan öldü - Rusiyada
Rusiyada son sutka ərzində daha 180 622 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Kanal14.az" xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 14 840 502 nəfərə çatıb.
Son sutka ərzində 790 nəfərin koronavirusdan öldüyü bildirilib.
Ümumilikdə koronavirusdan ölənlərin sayı 343 173 nəfərə çatıb.