Sosial şəbəkələrdə hər kəsin marağına səbəb olan videogörüntülər yayılıb. 

"Kanal14.az" xəbər verir ki, əsgər Komandirini dostu ilə səhv salıb. Belə ki, gənc oğlan hərbi hissələrin birində Komandirini dostu zənn edib və arxadan ona yaxınlaşaraq çiyninə əl atıb. Maraqlısı budur ki, əsgər bir anda çiyninə əlini qoyduğu şəxsin rütbələrinə baxaraq Komandiri olduğunu görüb.  

Şok keçirən əsgər Komandirindən üzr istəyib. Videogörüntülərdə əsgər Komandirinə vəziyyəti izah edərkən ətrafdakı zabitlərin bu vəziyyətə güldüyü görülüb. 

Sosial şəbəkələrdə yayılan video qısa zamanda yüz minlərlə baxış və çoxlu şərhlər alıb.