18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.

"Kanal14.az" xəbər verir ki, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.

Qeyd edək ki, görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.