İdman

Yığmamız İsveçrəyə qarşı

Yığmamız İsveçrəyə qarşı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Kanal14.az bildirir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirəcək.

2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşacaq. Qrupun itkisiz irəliləyən lideri ilə görüş səfərdə baş tutacaq.

 

Aktivindəki 6 xalla 5-ci sırada qərarlaşan milli səfərdəki məğlubiyyət seriyasına son qoymağa çalışacaq. Belə ki, yığma rəqib meydanında keçirdiyi bütün görüşlərdə uduzub.

Qeyd edək ki, bu gün qrupumuzda daha iki matç baş tutacaq. Gürcüstan öz meydanında Slovakiya, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
12 noyabr

22:00. İsveçrə – Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. "Tyun Arena”.

(Qafqazinfo.az)