Gündəm / Siyasət

Azərbaycan QHT-ləri BMT Baş katibinə etiraz bəyanatı ilə müraciət edib

Azərbaycan QHT-ləri BMT Baş katibinə etiraz bəyanatı ilə müraciət edib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirilib.

Kanal14.az-ın məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin 50-dən çox nümayəndəsi iştirak edib.

Toplantıda qeyd olunub ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşlar BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəyə və Azərbaycan Prezidentinə nifrət zəmnində hücum etdirlər.

Edilən xəbərdarlıqlara məhəl qoymayan bu insanların BMT strukturları tərəfindən cəzalandırılması və mandatlarına xitam verilməsi QHT sədrləri tərəfindən diqqətə çatdırılıb.

Çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar monupulyativ hərəkətlərlə məşğuldurlar: "Həmin təşkilatlar reytinq hazırlayan təşkilatlardır. Guya ki, insan haqları, söz, ifadə azadlığı ilə bağlı hesabatlar düzəldirlər. Lakin bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldib ən demokratik ölkə kimi təqdim edirlər. Bu sırada beynəlxalq QHT-lər var. Onların fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul, ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların fəaliyyətində də müşahidə edirik".

M.Ələsgərli vurğulayıb ki, bəzi dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan dövləti, Azərbaycanın rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər: "Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara adbaad müraciətlər göndərək. Bu gün BMT rəhbərliyinə müraciətimiz olacaq. Daha sonra isə digər təşkilatlara əməkdaşlarının neqativ davranışları ilə bağlı müraciət edəcəyik ki, bu cür ikili standartlara uyğun və yaramaz açıqlamalara aydınlıq gətirsinlər".

İnformasiya təşəbbüslərinə dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hər bir beynəlxalq təşkilatın əsas məqsədi birtərəfli olmaq və həqiqəti müdafiə etməlidir: "Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu prizmadan çıxış etmir".

Onlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fərdi mövqelərindən çıxış edirlər. Beynəlxalq təşkilatların, dövlətlərarası qurumların alt qurumlarının bəzi nümayəndələri öz şəxsi profillərində Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Hər hansı beynəlxalq təşkilatın erməni əsilli nümayəndəsi öz profilində Azərbaycana qarşı hər hansı təhqiredici ifadələr paylaşırsa, həmin şəxslər cəzalandırmalı, hətta işdən azad olunmalıdır".

"İllərlə torpaqlarımız işğalda olub, həmin dövrdə beynəlxalq təşkilatlara müraciət edərək faktaraşdırıcı missiya göndərmələrini istəmişik, amma Azərbaycana qarşı ikili standart nümayiş etdiriblər. Artıq biz bu standarlara qarşı çıxış etmişik. Bir daha bildiririk ki, beynəlxalq təşkilatlar bir mövqedən, haqq ədalət, beynəlxalq hüquqi mövqedən çıxış etməlidirlər", - Birlik sədri bildirib.

O hesab edir ki, beynəlxalq təşkilatlar həmin əməkdaşların hərəkətlərinə qarşı müəyyən addımlar atacaq.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli isə deyib ki, BMT-nin inkişaf proqramında erməni əsilli əməkdaşların sosial media və şəxsi profillərinə Azərbaycana qarşı nifrət zəminli kompaniya aparmaqla məşğuldur: "BMT-də çalışan erməni əsilli şəxslər heç bir əsas olmadan həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycan dövlətinə, dövlət rəhbərinə nifrət aşılayan çıxışlar edib. Hazırda Şimali Makedoniyada rezident rəhbəri Armen Qriqoryan Azərbaycana qarşı çirkin kompaniya aparır. Bundan başqa, BMT-də vəzifə tutan Meri Tabukçyan, Stepan Markaryan və digərləri BMT-dəki statuslarından sui-istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. Düzdür, BMT 90-cı illərdə Azərbaycanla çox yaxından əməkdaşlıq edir, bir çox layihələrin həyata keçirilməsinə dəstək olub.

Biz bununla BMT-nin rolunu kiçiltmirik. Lakin bu qurumun əməkdaşları Azərbaycana qarşı kampaniyaya başlayıb və biz buna etiraz edirik. Bu əməkdaşlar cəzalandırılmalıdır. Necə ola bilər ki, BMT əməkdaşlarının bu cür hərəkətlərinə qarşı tədbir görmür. BMT Azərbaycanla normal əməkdaşlıq edir. Amma təəssüf edirik ki, bu cür mənfi hərəkətlər də var. Həmin şəxslər nəinki Armen Qriqoryan bu yaxınlarda Şimali Amerikada rezident rəhbəri təyin edilib. Onun yerinə isə daha bir erməni təyin edilib. Buna görə də BMT-nin baş katibinə bu barədə məlumat çatdırılmalıdır",- birlik sədri deyib.

Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin baş katibi Antonio Quterreş müraciət göndərilib.