Oğuz rayonunun Xalxal kəndində ümumi sahəsi 96 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.