Xəbər verdiyimiz kimi, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

"Kanal14.az"ın əldə etdiyi məlumata görə, M.Seyidov səhhətindəki problemə görə işdən çıxıb. Belə ki, o, artıq 5 ildir ki, bel yırtığından əziyyət çəkir. Həmçinin generalın ayağında da problem yaranıb. O, bu problemlərə görə 5 dəfə əməliyyat keçirib, hətta onun ayağına mil də qoyulub.

Nəhayət, həkimlər Mirqafar Seyidova bildiriblər ki, onun bu vəziyyətdə xidmətdə olması sağlamlığına ciddi zərər vura bilər. Həkimlərin tövsiyəsindən sonra o, xidmətdən azad edilməsi ilə bağlı nazir Vilayət Eyvazova ərizə yazaraq müraciət edib.