Gündəm / Siyasət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişiklikləri olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus iki şirkətin rəhbərliyi dəyişdirilib.

"Kanal14.az"un əldə etdiyi məlumata görə, "Bakı 1 №-li Yol İstismarı” MMC-yə Zaur Həmzəyev, "1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə isə Etibar Kərimov yeni direktor təyin edilib.

Onlar bu vəzifələrdə müvafiq olaraq Şahin Süleymanovu və Zaur Həsənovu əvəzləyiblər.

"Bakı 1 №-li Yol İstismarı” 1995-cü ildə, "1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” isə 2004-cü ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 49,3 milyon manat və 0,07 milyon manatdır.