"İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Dövlət İmtahan Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanıb.

DİM-dən "Kanal14.az"a verilən mılumata görə, vəsaitlərə daxil edilən tapşırıqların hər biri Təhsil Nazirliyinin ibtidai siniflərdə istifadə üçün təsdiq etdiyi mövcud dərsliklər əsasında hazır­lan­ıb və şagirdlərin idrakyömümlü, məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlamağa imkan verir. Bu tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.

İngilis dili fənnindən "3-cü və 4-cü siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitlərində həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.