Avstriyanın paytaxtı Vyanada Avstriya Türk-İslam Mədəniyyəti və Sosial Yardımlaşma Birliyinin (ATİB) Mərkəz Məscidinə naməlum şəxslər  hücum edib.  

"Kanal14.az" xəbər verir ki, hadisə nəticəsində məscidin şüşələri sınıb. Hücumla bağlı ATİB sədri Fatih Yılmaz açıqlama yayıb. O, Avstriya hökumətindən son günlərdə məscidlərə qarşı edilən "terror" aktlarının nəzərə almasını və xüsusi  tədbir  görməsini  tələb edib.