Gündəm / Hadisə / Sosial / Təhsil

Şagird sinif yoldaşının burnunu qırıb

Şagird sinif yoldaşının burnunu qırıb

Bakıda məktəblilər arasında dava olub.

"Kanal14.az"ın Lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki məktəblərdən birində qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdləri arasında düşən dava zamanı məktəblilərdən biri baş zərbəsi ilə Kənan Şabutovun burnunu sındırıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən araşdırma aparılır.