Gündəm / Siyasət / Dünya

Telman İsmayılova görə Monteneqronu cəzalandırdı - Rusiyanın addımı

Telman İsmayılova görə Monteneqronu cəzalandırdı - Rusiyanın addımı

Rusiya Monteneqro tərəfindən azərbaycanlı biznesmen Telman İsmayılova siyasi sığınacaq verilməsinə görə bu ölkəyə qarşı cavab tədbiri görüb.

"Kanal14.az" KONKRET.az-a istinadən xəbər verir ki, Rusiya cavab tədbiri olaraq Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyub.

Xatırladaq ki, T. İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

O, ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) saxlanılmış, elə həmin ay Monteneqro hökumətində siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.