Gündəm / Siyasət

Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ

Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ

 

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.

"Kanal14.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.

Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.