Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Kanal14.az"a  bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik  onun adına tərtib edillib:

"Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".