Gündəm / Sosial

Milli Qəhrəman Şükür Həmidovun şəxsi əşyaları Tarix Muzeyinə verilib

Milli Qəhrəman Şükür Həmidovun şəxsi əşyaları Tarix Muzeyinə verilib
Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) verilib.

AMEA-dan APA-ya bildirilib ki, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə fəal iştirak edən şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyalarını muzeyə onun qohumu, MATM-ın əməkdaşı Zümrüd İsmayılova verib.

II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.