Gündəm / Sosial

"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib


Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Kanal14.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta").

Qalib şirkətə 22 410 manat ödəniləcək.