Gündəm / Sosial

Ağsu icra hakimiyyəti şikayətçinin ruhi xəstə olduğunu deyir...

Ağsu icra hakimiyyəti şikayətçinin ruhi xəstə olduğunu deyir...

Kanal14.az: - Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Mikayılova Əzəmət Möhübbət qızı 11 ildir ki, kənddən təxminən 10 km aralıda, çöllük ərazidə, acınacaqlı vəziyyətdə yaşayır. Dünən onun şikayətini diqqətə çatdırmışdıq:

Bununla bağlı DİA.AZ-a Ağsu RİH-dən münasibət açıqlanıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Bildiririk ki, Ağsu rayonunun Ərəbmehdibəy kəndində tənha yaşayan Mikayılova Əzəmət Möhübbət qızı 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlmişdir. Sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilmişdir. Lakin, Ə.Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina etmiş və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam etmişdir. Əlavə olaraq bildiririk ki, səhhətində psixoloji problemlər olduğundan vətəndaş Ə.Mikayılova "Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə Bakı şəhərində yerləşən Maştağa Psixiatriya Xəstəxanasına göndərilmişdir".