Gündəm / Hadisə

Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO

Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO

Ələt-Astara yolunda yük maşını qəzaya düşüb.

"Kanal14.az" xəbər verir ki, hadisə yanvarın 20-də baş verib.

Hadisənin videogörüntüləri sosial şəbəkədə yayılıb.

İlkin məlumata görə, yanvarın 20-də səhər saatlarında qarlı hava şəraiti səbəbindən TIR sürüşərək beton maneəyə çırpılıb, daha sonra isə yoldan çıxıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.