Gündəm / Hadisə

Bakıda avtomobil 54 yaşlı kişini vurub

Bakıda avtomobil 54 yaşlı kişini vurub

"Kanal14.az" xəbər verir ki, Bakıda avtomobil 54 yaşlı kişini vurub.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.