Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeyri-yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

"Kanal14.az" FHN-ə istinadən xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, metal konstruksiyalardan ibarət anbarda təqribən 70 m² sahədə yanğın müşahidə olunur.

Əlavə məlumat veriləcək.