Gündəm / Siyasət

Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir - "MEDİA"

Araik Arutyunyan Azərbaycana
 
Qarabağda separatçı-terrorçu rejimin "başçısı” Araik Arutyunyan özünü xilas etməyə çalışır.

"Kanal14.az"  Publika.az-a istinadən  xəbər verir ki, erməni mənbələri son dövrlər İrəvanın separatçılara siyasi dəstəyini azaltdığını və Xankəndidəki separatçı-terrorçuların taleyinin qaranlıq olduğunu yazır.

Məlumatlara görə, Paşinyanla Araik Arutyunyanın münasibətləri də pisləşib.

Separatçı "media” isə Araik Arutyunyanın Azərbaycanla əlaqələr yaratmağa çalışdığını, bu yolla özünü xilas etməyi planlaşdırdığını iddia edir.