Gündəm / Hadisə

İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı

İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 


 


İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd "Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.