Gündəm / Siyasət

Qazaxıstana hərbi müdaxiləyə Krımın işğalının “möhtəşəm təşkilatçısı” rəhbərlik edir

Qazaxıstana hərbi müdaxiləyə Krımın işğalının

Hurriyyet.az "Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Qazaxıstana göndərdiyi KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) "sülhməramlı”larının rəhbəri təyin edilmiş Andrey Serdyukovun bundan əvvəl xidmət elədiyi coğrafiya diqqəti cəlb edib.

Serdyukov 2014-cü ildə Rusiyanın Krımı işğalında iştirak edib. Krımdakı "xidmətlərinə” görə Rusiya mətbuatı onu  "möhtəşəm təşkilatçı” adlandırmışdı. 

Suriyada müxaliflərə, Çeçenistanda çeçenlərə qarşı 

Krımdan sonra Rusiyanın Suriyadakı əməliyyatlarında xidmət edən Serdyukov, Birinci və İkinci çeçen müharibələrində də çeçenlərlə vuruşub.