Gündəm / Siyasət

Ukraynanın taleyi Türkiyədən asılıdır: Ərdoğan qüvvələr nisbətini dəyişir

Ukraynanın taleyi Türkiyədən asılıdır: Ərdoğan qüvvələr nisbətini dəyişir

ABŞ və NATO Türkiyədən üzv olduğu alyansın yanında yer almasını, Kreml isə rəsmi Ankaradan Rusiyanın təhlükəsizliyinə təminat dəstəyi gözləyir; Ancaq Türkiyə hələlik yalnız həm Rusiya-Ukrayna, həm də ABŞ-Rusiya qarşıdurmasında diplomatik orbitr missiyasının icrasına hazır olduğunu biruzə verir...

Ukrayna ətrafında yaranmış mövcud vəziyyət ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurmasında "düyün nöqtəsi" sayılır. Bu "düyün nöqtəsi"nin yaxın vaxtlarda çözülə biləcəyi isə hələlik o qədər də inandırıcı görünmür. Və tezliklə genişmiqyaslı hərbi əməliyyatlara səbəb olma ehtimalı kifayət qədər yüksək olduğundan həm də ciddi narahatlıq doğurur.

Məsələ ondadır ki, Qərb mətbuatı Rusiyanın Ukraynaya hərbi müdaxilə üçün bütün hazırlıqları tamamladığını iddia edir. Kəşfiyyat məlumatlarına istinad olunan həmin iddialarda Kremlin yaxın aylarda Ukraynaya qoşun yeritməklə bağlı təhlükəli qərar verəcəyi vurğulanır. Kremlin israrla təkzib etməsinə baxmayaraq, Ukrayna tezliklə işğal olunma təhlükəsi ilə üzləşən dövlət kimi təqdim olunur.

Maraqlıdır ki, ABŞ-ın son davranışları da bu iddiaları maksimum səviyyədə tündləşdirir. Belə ki, Ağ Ev bir tərəfdən Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, ağır beynəlxalq sanksiyalarla hədələyir. Digər tərəfdən isə ABŞ vətəndaşlarına regionda Rusiya təhlükəsinin artdlğını səbəb göstərərək, Ukraynaya səfərdən çəkinmələri barədə xəbərdarlıq edir.

media-e89d92d6-812e74a506f3abae25a51616f8551141-8yku1l3hnm0r4o26qpfj-450x236.jpg (30 KB)