Gündəm / Sosial / Təhsil

"İki bacı bir məktəbdə rəhbər vəzifədə çalışır, mən isə iki ali təhsilim ola-ola hələ də işsiz qalmışam." Goranboy RİH başçısının sürücüsüdə qohumlarına gün ağlayır... İDDİA

Kanal14.az: - Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
MÖHTƏRƏM CƏNAB PREZİDENT İLHAM ƏLİYEV dəfələrlə ölkəmizin güc strukturlarının rəhbərlərinə, rayon, şəhər İcra Başçılarına, dövlət MƏMURLARINA, VƏZİFƏLİ ŞƏXSLƏRƏ tapşırıqlar verir ki, qohumunuzu, dostunuzu, tanışınızı, yaxınınızı VƏZİFƏYƏ təyin etməyin, ilk növbədə vətəndaşların problemlərini həll edin, vətəndaşlara köməklik göstərin, vətəndaşlara xidmət edin, süründürməçilik etməyin, vətəndaşların hüquqlarını pozmayın.
Çox təəssüflər olsun ki, Goranboy rayonunda Möhtərəm Cənab Prezidentin bu tapşırıqlarına RİAYƏT olunmur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ : Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevaya
SURƏTİ : Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Cənab Vüqar Gülməmmədova
SURƏTİ : Azərbaycan Respublikasının Təhsil naziri Cənab Emin Əmrullayevə
İŞSİZ vətəndaş Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbinin direktorunun bacısı bu məktəbdə Təsərrüfat müdürü, direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışır.
İki BACININ bir tam orta məktəbində RƏHBƏR vəzifələrdə çalışmaları nə dərəcədə doğrudur, qanunidir?
Goranboy RİH başçısı Cənab Məhərrəm Quliyevin SÜRÜCÜSÜNÜN qohumunun Goranboy Rayon Təhsil Şöbəsində Metodkabinet müdürü vəzifəsinə təyin olunması nə dərəcədə doğrudur (qohumluq, dostluq olduğu üçün yüksək vəzifə verilməlidirmi?) Müdür vəzifəsinə təyin olunan bu kadr eyni zamanda Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarovun dostudur.
65 yaşı tamam olan həkim oğlu Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Seymur Nazarovun anası olduğu üçün təqaüdə göndərilmədi, Goranboy Rayon Mərkəzi xəstəxanası bu həkimlə müqavilə bağladı.
Seymur Nazarov Goranboy rayonunda müəllim ordusuna rəhbərlik edir, 65 yaşı çatmış müəllimi təqaüdə yola salır.
Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi NƏZARƏTİNİZƏ götürəsiniz, tədbir görülməsi üçün TAPŞIRIQ verəsiniz.
Teref.az