Gündəm / Cəmiyyət

"Bakı Metropoliteni" QSC-də ilginc olay: İşçilər aldadılaraq işdən çıxarılır




Son günlər "Bakı Metropoliteni" QSC-də yüzlərlə işçi işdən çıxarılıb.
Kanal14.az Sfera.az-a istinadən xəbər verir ki, sayta müraciət edən işçilərdən biri Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yaşayan Məmmədova Nigar Təvəkkül qızı işdən qanunsuz olaraq çıxarıldığını bildirir. 

Saytımıza açıqlamasında Nigar Məmmədova onu aladaraq ərizəyə qol çəkdirdiyini bildirib. Ölkənin Birinci xanımı Vitse-prezident  Mehriban xanım Əliyeva işdən çıxarılan insanları işlə təmin olunması göstərişini verib. Lakin "Bakı Metropoliteni" QSC məni və mənim kimi yüzlərlə xanımı aldadaraq işdən azad edib.

Surəti Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti Əmək və əhalinin sosial müdafiəsi naziri Cənab Sahil Babayevə
 
Nigar Məmmədova qanunsuz işdən çıxarılması ilə bağlı saytımız vasitəsilə ölkə başçısı Cənab İlham Əliyevə müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Möhtərəm cənab Prezident!
Mən 10 il "Bakı Metropoliteni" QSC-də çalışmışam. İşlədiyim dövrdə daima öz işgüzarlığımla seçilmişəm. Mən "Bakı Metropoliteni" QSC-də Hərəkət Xidmətinin "İnşaatçılar ” stansiyasında istehsalat sahələri və xidməti otaqları yığışdıran ştatında çalışmışam. Lakin 2019-cu ilin əvvələrində "Bakı Metropoliteni" QSC metroda təmizlik işlərini "TAİS İKF MMC”yə verildi. 
Metrodakı təmizlik işçiləri qanunsuz olaraq işdən azad edildilər. Məni başa salmadan aldadaraq yanvarın 11-də ərizəyə qol çəkdirdilər. Mənə söz verdilər ki, məni yeni işlə təmin edəcəklər. Lakin mənə işdən çıxmaqla bağlı bildiriş yalnız yanvarın 21-də mənim təkidimdən sonra verilib. 
Bu günə qədər qanunvericiliyə görə mənə ödənilməli olan kompensasiya verilməyib. "Bakı Metropoliteni" QSC-də məni aldadaraq qol çəkdirmələrinə səbəb məhz mənə çatacaq kompensasiyanın verilməməsi idi.
Möhtərəm cənab Prezident! 
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Son illər məhz açılan iş yerləri sizin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha sübut edir. Bu gündə qanunsuz olaraq işdən çıxarılan işçilərin ümid yeri sizsiniz. Ailədə yeganə işləyən mənəm. Himayəmdə iki övladım var. Hər ikisi işsizdir. Artıq ailəmiz sizdən imdad diləyir. Mənim işimə bərpa olunmağımı Sizdən xahiş edirik."
 
Hörmətlə: Nigar Məmmədova
 
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.