Bakının məhşur məktəbi 2 həftəlik bağlandı - Yoluxma sayı yüksəkdir
Bakının Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəb-liseyi 2 həftəlik bağlanıb.
Kanal14.az Hurriyyet.az-a istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.
Bildirilir ki, məktəbdə yoluxma çox olduğu üçün təhsil müəssisəsi karantinə alınıb.
Məsələyə aydınlıq gətirmək üçün təhsil müəssisəsilə əlaqə saxladıq.
Məktəbdən açıqlamada məlumat təsdiqini tapdı. Bildirildi ki, məktəbdə əyani dərslər, həqiqətən, 2 həftəlik dayandırılıb.