Gündəm

Goranboy, Tərtər atəşə tutuldu - CƏBHƏDƏN SON XƏBƏR

Goranboy, Tərtər atəşə tutuldu - CƏBHƏDƏN SON XƏBƏR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.