Gündəm / Hadisə / Sosial

Hesabı kartla ödəmək istədi döyüldü...

Hesabı kartla ödəmək istədi döyüldü...


Kanal14.az: - Teref.az saytının poçtuna göndərilən şikayət məktubunun müəllifi şikaytindədə yazır:
Salam hörmətli redaksiya!
Sırağagün 08 oktyabrda dostum Elşənlə oturub şam yeməyi arxasında söhbətləşmək məqsədi ilə yaxınlıqdakı Sumqayıt ş,Koroğlu prospekti ilə Sərvər Bədəlbəyli küçələrinin kəsişməsində Sumqayıt Dövlət Universitetinin 2 ci korpusu ilə üzbəüz 9 cu mik tərəfdəki işıqforun arxasında yerləşən "Xan Bağı" adlanan restoranda oturduq. Əvvəlcədən nəzərinizə çatdırım ki, burada Vaksin Pasportu tələbi nə şifahi nə də yazılı heç bir yerdə qeyd olunmamışdır və bizə peyvənd olunmağımız barədə sualı heç kim vermədi. Nazirlər kabineti yanında Operativ Qərargahın ictimai-iaşə müəssisələrinə pandemiya dövründə qoyduğu tələbə görə restoranlarda oturacaq stullar arası məsafə 1 metrdən az olmamalıdır ki, buradakı zalda və kabinetlərdəki hamısı 4 nəfərlik 4 m2 otaqlarda əksərən 6, 8 nəfər əyləşmişdi. Çox qəribədir ki, biz qaydalara uyğun olaraq 4 nəfərlik stolda 2 nəfər əyləşsək də 1 saat deyildir ki, əyləşdiyimiz özünü müdir adlandıran İbrahim adlı şəxs gələrək qabağımızdan boşqabı götürdü ki, siz durun 6 nəfər gözləyir şöldə qoy onlar əyləşsin ki, onların hesabı daha artıq olacaq. Aşkar surətdə restoranın müdiri üzümüzə bildirdi ki, 2 nəfər oturursuz hesabınız az çıxır yediniz tez durun ki, 6 nəfər otursun ki artıq hesab ödəsin. Belə olan halda hesabı istədik və hesabı nəğdsiz qaydada bank kartı ilə ödəyəcəyimizi bildirdik. Cavabında isə bizdə yalnız nəğd ödəniş qəbul olunur cavabını aldıq. Hazırda əksər banklar restoran və kafelərdə hesabın nəğdsiz qaydada bank kartı ilə ödənildiyi halda 5% kəşbək versə də bu restoranda hələ də posterminalın olmaması bizdə şübhə doğurdu və belə olan halda nəğd ödəcəyimizi lakin, fiskal sənəd- nəzarət kassa aparıtından ödədiyimiz hesabın qəbzini istədikdə isə özünü restoranın müdiri adlandıran İbrahim və onun hesabı yazan oğlu bizim üstümüzə düşərək bizi döydülər.
Daha sonra şikayətçi yazır ki, mən özüm nisbətən cussəli olduğum üçün və həmçinin aralı olduğum üçün yanımdakı dostum Elşənə müdir İbrahimin qəflətən vurduğu yumuruq tutarlı oldu və dostumun dodağından qan su yerinə axdı. Tez vaxt itirməmək üçün təcili yardıma getdik və dostumun sifət nahiyəsinə 3 tikiş vuraraq qanaxmanı saxladılar.Baş vermiş hadisə barədə həmin gün 3 cü polis bölməsinə ərizə ilə müraciət edərək Məhkəmə-Tibbi ekpertizadan həkim ekspertin müvafiq rəyini də alaraq işə əlavə etmişik. Lakin sözsüz ki, heç bir Pandemiya qaydalarına əməl etmədən böyük dövriyyə ilə restoran işlədərək müştərilərə kassa qəbzi təqdim etməyən bir obyektin Polis orqanlarında yüksək himayədarı olduğu sirr deyildir və bu səbəbdən işin düzgün araşdırılaraq hüquqi qiymət veriliəcəyi şübhə altındadır. Çünki polis göz qabağında əlində podnos ilə gəzən azyaşlı ofisant uşağın əməyinin istismar olunmasını görmürsə, Operativ Qərargahın qoyduğu qaydalarla 2 nəfərin əyləşə biləcəyi 4 m2 kabinetlərdə 6 nəfərin əyləşdiyini görmürsə, mətbəxdə zalda əksər personalın maska taxmadan işlədiyini görmürsə, heç kimdən şifahi də olsa covid pasportu tələb olunmadığını görmürsə çətin ki, bizə dəyən yumruqları görsün. Bütün bunlar deməyə əsas verir ki, əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan Avropada- Hollandiyada yaşayan və əlinə hər fürsət düşdükcə vətənimizdə olan satqın xainlərin gündəlik ötürdüyü məlumatlarla İqtidarımızı, Hökumətimizi ləkələyən Orduxan Temirxanın həmkəndlisi olan "Xan Bağı" restoranın sahibi Hovuslu İbrahimin gözə görünməyən himayədarları var. Kim bilir bəlkə bu himayədar, elə mühacir həmkəndlisi Orduxan Temirxandır?
Vizitka əlavə olunur.
Xudiyev Bəxtiyar
Teref.az olaraq adları çəkilən bütün maraqlı tərəfləri dinləmyə hazırıq!
Teref.az