Gündəm / Cəmiyyət / Sosial

Həftəsonu qadağası, yenilik ortaya çıxartdı: baha, anlaşılmaz daşınma..

Həftəsonu qadağası, yenilik ortaya çıxartdı: baha, anlaşılmaz daşınma..

Kanal14.az: - Azərbaycanda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması digər vasitələrlə sərnişindaşımanı aktivləşdirib.

Belə ki, həftəsonları bir sıra mikroavtobuslar metrostansiyalar arasında sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Bu mikroavtobuslarda gediş haqqı 1 manat olaraq müəyyən olunur.

Maraqlısı budur ki, bu miktroavtobusların hansı qurumun nəzarəti altında çalışdığı bilinmir. Bu da bu avtobuslarda epidemioloji qaydalara necə nəzarət olunduğunu, bu abvtobusların dezinfeksiya olunub-olunmadığını sual altında qoyur. Vətəndaşlar isə standart dezinfeksiya olunmuş avtobusların fəliyyətinə icazə verilməsini istəyir.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Ölkə.az-a açıqlamasında bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu ictimai nəqliyyatın hərəkəti qadağandır: "Metro, avtobus, elektrik qatarı işləmədiyi müddətdə hər hansı bir nəqliyyat avsitəsi işləyirsə, bu, qeyri-qanuni sərnişindaşıma fəaliyyətinin bir hissəsi hesab olunur. Bu da mikroavtobuslara nəzarət olunmadığını göstərir. Nəzarət olmadığı təqdirdə onların dezinfeksiya olunması söhbət mövzusu deyil:

"Həmçinin şəhərdaxili sərnişindaşıma qiymətləri Tarif Şurasının qərarı ilə 0-15 km məsafə üzrə 30 qəpik olduğu təqdirdə, burada sərnişinlər adambaşı 1 manatdan daşınır. Bu faktlar deməyə əsas verir ki, bu, qeyri-qanuni sərnişindaşımadır və nəzarətsizdir”.

Ekspertin sözlərinə görə, digər məsələ Operativ Qərargahın bu qərarı insanların aktivliyini azaltmaq üçün hədəfləməsi, lakin qərarın birtərəfli olmasıdır:

"Çünki həftəsonu bütün yerlər işləyir və bu yerlərdə işləyən adamların nəqliyyat ehtiyaclarını ödəmək üçün vasitə olmalıdır. Əgər qanuni daşıyıcı işləmirsə, vətəndaşlar qeyri-qanuni daşınma ilə daha baha qiymətə ehtiyaclarını ödəyəcək.

Qeyri-qanuni daşımalarla yanaşı, vətəndaşlar taksiyə müraciət etmək məcburiyyətindədir. Bu da nəqliyyat xərclərinin 3-4 dəfə artmasına səbəb olur”.

"Pandemiya şəraitində müvafiq epidemieloji qaydalarla (tibbi maska, sosial məsafə) kafe və restoranlar işlədiyi kimi, avtobusların da işləməsinə icazə verilə bilər”, - deyə R. Ağamirzəyev əlavə edib.

Mövzu ilə bağlı Bakı şəhərində ictimai nəqliyyata nəzarət edən qurum kimi Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən mikroavtobusların fəaliyyətinə nəzarətlə bağlı sorğumuzu cavablandırılacağını desə də, hələ ki sual açıq qalıb.