Gündəm / Siyasət

Ruslar erməniləri niyə silahlandırır? - GƏLİŞMƏ

Ruslar erməniləri niyə silahlandırır? - GƏLİŞMƏ

Kanal14.az: -  Erməni əsgərlərinin rus sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən Qarabağa keçidinə hələ də son qoyulmayıb. Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama versə də, görünür, düşmən və onun müttəfiqi olan qonşu Rusiya xəbərdarlığı ciddiyə almır. Üstəlik, Rusiya yenidən Ermənistana silah göndərməyə başlayıb.

Üçtərəfli razılaşman tərəflərinin bu sayaq davranışına Azərbaycan dövlət başçısının "CNN Türk”ə verdiyi müsahibəsində də etiraz bildirilib.

Mövzu barədə Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov bildirib ki, Ermənistana heç bir dövlətə təhlükə yaratmır:

"Bir sıra xarici qüvvələr, o cümlədən Rusiya indiyədək Ermənistana sığal çəkir, onu müdafiə edir, hətta hansısa münaqişəyə hazırlayır. Görünür, Ermənistan bundan sonra da Rusiyanın əlaltısı kimi Cənubi Qafqazda öz vəzifəsini – for-post funksiyasını yerinə yetirməlidir. Reallıq odur ki, Azərbaycan 44 günlük müharibədən sonra sülh sazişini imzalamağı, demarkasiya və delimitasiyanı təklif edib. Yəni Azərbaycan tərəfindən bütün xoş məramlı təşəbbüslər irəli sürülüb. Bu fonda Rusiyanın Ermənistana silah verməsi və bundan sonra onu daha da silahlandırması regionda sülhün və təhlükəsizliyin yaranmasına böyük problemlər yaradır”.

Fikrət Sadıxovun fikrincə, Ermənistan Azərbaycan ordusuna təhlükə yaradacaqsa, adekvat cavab alacaq:

"Bunun qarşısını almaq gücündəyik və həmişə alacağıq. Əgər Ermənistan qırmızı xətti keçəcəksə, təxribatlar davamlı xarakter daşıyacaqsa və ona cavab verməyə həmişə hazırıq”.