Gündəm / Siyasət

Zəngəzur dəhlizinin layihəsi hazırlanır

Zəngəzur dəhlizinin layihəsi hazırlanır

Kanal14.az: - Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizinin layihəsi hazırlanır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

O bildirib ki, dəhlizin Azərbaycan hissəsi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoludur:

"Bu yol 123,8 km uzunluğunda, 4-6 hərəkət hərəkət zolaqlı olacaq. Bu, eyni zamanda Zəngilan dəhlizinin bir hissəsini – Azərbaycan hissəsini təşkil edəcək".