Gündəm / Siyasət

Talibanın daha 303 silahlısı məhv edildi

Əfqanıstanın Silahlı Qüvvələri Hilmənd əyalətinin Ləşgərgah şəhərinin Taliban qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

Kanal14.az Axar.az-a istinadən  xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Son sutka ərzində hərbçilərlə Taliban arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.

Bildirilib ki, Taliban silahlıları Nəngərhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan, Fəraib, Sarı-e-Poli, Hilmənd, Nimroz, Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.