Gündəm / Siyasət

Yanğınlar beynəlxalq təhlükədir - Ərdoğan

Kanal14.az: - Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Meşə yanğınları - bu COVID-19 pandemiyası ilə müqayisə edilə bilən beynəlxalq təhlükədir, onu hətta terrorçuluq təhlükəsi ilə müqayisə etmək olar", - Ərdoğan "A Haber” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, meşə yanğınları təhlükəsi ilə bütün dünya rastlaşır, meşələr ABŞ-da, Kanadada, Rusiyada, İspaniyada, İtaliyada, Afrika ölkələrində yanır, bu vəziyyətə iqlim şəraiti səbəb olub.