Gündəm / Hadisə

İLGİNC: ““Patı” ölkəmizə asan yolla gətirilir” – Ciddi nəzarət olmalıdır!

İLGİNC: ““Patı” ölkəmizə asan yolla gətirilir” – Ciddi nəzarət olmalıdır!

 

 
Kanal14.az: - Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb. Bu barədə ərazidə işləyən sakinlər məlumat verib.
Məlumata görə, yeniyetmə "patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

"Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, "patı”nın təsirindən komaya düşüb”.

Son zamanlar ölkəmizdə narkomaniyanın gənclər arasında geniş yayıldığının şahidi oluruq. Xüsusilə "patı” adlanan narkotik vasitələrin kütləvi satışı həyata keçirilir. Bu baxımdan məsələnin ciddi nəzarətə götürülməsi vacibdir.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın "Sherg.az”a açıqlamasına görə, metamfetaminlər çox sintetik və asılılıq yaradan narkotik vasitələrdir:

"İnsanlar bu maddəni bir dəfə qəbul etdikdə belə asılı vəziyyətə düşürlər. Nəticədə "patı” istifadə edən şəxs daim həmin maddədən istifadə etmək istəyir. Ona görə də həmin maddəni kimlərin gətirdiyinə dair çox ciddi nəzarət olmalıdır. Məlumdur ki, "patı” ölkəmizə asan yolla daxil olur və satışı həyata keçirir. Nəticədə gənclərimizin sağlamlığı ciddi təhdidə məruz qalır”.//dia.az