kanal14.az
kanal14.az

"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO

16-07-2021, 13:59 56 dəfə baxılıb

"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO

 

 

Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

Kanal14.az Sonxeber.az a istinadən xəbər verir ki, bu barədə "report"a ərazidə işləyən sakinlər məlumat verib.

 

Məlumata görə, yeniyetmə "patı" adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

"Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik.

Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, "patı"nın təsirindən komaya düşüb" - deyə, sakinlər bildirib.

"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA