kanal14.az
kanal14.az

“Müharibə Ermənistana keçə bilər...” - Gözlənti

“Müharibə Ermənistana keçə bilər...” - Gözlənti
15-07-2021, 09:23 46 dəfə baxılıb

“Müharibə Ermənistana keçə bilər...” - Gözlənti

 

 
Kanal14.az: - Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini Naxçıvan istiqamətində atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirliyin verdiyi məlumata əsasən, bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb.

"Düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”,-deyə məlumatda qeyd olunub.

Atəşkəsin ermənilər tərəfindən pozulması Şuşa istiqamətində də qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, Ermənistan tərəfi iyulun 13-ü saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərini pulemyot və avtomatlardan atəşə tutub. Atəşkəs iyulun 7-də Tovuz , 9-da isə Gədəbəy istiqamətində pozulub.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Cebhe.info-ya deyib ki, Naxçıvanın atəşə tutulması çox ciddi məsələ olsa da, Azərbaycan üçün narahatlığa heç bir əsas yoxdur. Deputatın qənaətincə, Azərbaycan silahlı qüvvələri 44 günlük müharibə dövründə həm Ermənistana, həm də onun arxasında duran ölkələrə öz gücünü kifayət qədər göstərib:

"Azərbaycanla Türkiyə arasında müttəfiqlik barədə müqavilə imzalandığı da nəzərə alınarsa, gücümüzün nə qədər artdığını görə bilərik. Belə getsə, müharibə Ermənistanın ərazisində gedəcək ki, bu da qarşı tərəfə çox baha başa gələcək. Buna qətiyyən şübhəm yoxdur”.

Fəzail Ağamalının fikrincə, bu vəziyyətdə cəmiyyət birlik nümyaiş etdirməli, Azərbaycan ordusunun və Prezident İlham Əliyevin yanında olmalıdır. Partiya sədri sonda Azərbaycan silahlı qüvvələrinin Ermənistan ordusuna layiqli cavab verəcəyindən əminliyini ifadə edib.

Siyasi şərhçi Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın Naxçıvan tərəfdən Azərbaycan bölmələrini atəşə tutması ölkəmizin ərazi bütövlüyünə təhdid və təzyiqdir. Onun qənaətincə, yeganə çıxış yolu Qarabağdakı separatçıları tərkisilah etmək, Naxçıvan istiqamətində açılan atəş nöqtələrini susdurmaqdır:

"Başqa variant görmürəm. Çünki biz onların nazıyla oynadıqca, erməni təxribatlarının sayı artacaq. Müharibədə qələbə çalmışıq, amma münaqişə çox təəssüf ki, hələ də həll olunmayıb”.

Siyasi şərhçinin fikrincə, Rusiya belə vəziyyətə şərait yaratdığından Azərbaycan qərarlarını özü verməli, qəti addımlar atmalıdır:

"Yoxsa Şuşaya da atəş açılacaq, Kəlbəcərə də, Ağdama da”.

Qəti addımlara gəlincə, Elxan Şahinoğlu söyləyib ki, Şuşanın kəndlərinə və Xocalıya daxil olmalıyıq:

İkincisi, Qarabağdakı separatçılar tərkisilah olunmalıdır. Üçüncüsü, bütün Qarabağda Azərbaycanın konstitusiya və qanunları tətbiq olunmalıdır. Dördüncüsü, Laçın başda olmaqla bütün sərhədi nəzarətimizə götürməliyik. Bu addımlar atılmadıqca problemlər olduğu yerdə qalacaq”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın törətdiyi təxribatların arxasında rus hərbçilərinin dayanması mümkün fakt kimi görünür:

"Kim deyə bilər ki, Naxçıvan istiqamətində ruslar yoxdur? Rusiyanın Ermənistanda hərbi bazası var. İndi də bazalarını genişləndirərək Zəngəzurda yerləşmək istəyirlər. Ermənistanın özündə də elə Rusiya hakimdir”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA