kanal14.az
kanal14.az

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb - FOTO
19-06-2021, 21:25 76 dəfə baxılıb

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb - FOTO

 


 

 
 

Kanal14.az: - 19 iyun 2021-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Dalhan Kıdırali ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Dalhan Kıdırali Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini bildirib. O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib. D.Kıdırali Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib. O, "Qafqazlarda türklüyün izi” layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib. Nazir qarşı tərəfə azad edilmiş ərazilərdəki vəziyyət, geniş miqyaslı dağıntılar ilə bağlı məlumat verib. O, Heydər Əliyev Fondunun dərc etdirdiyi Qarabağ ilə bağlı kitabı qarşı tərəfə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqəti cəlb edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.//azpolitika.az

 

Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb - FOTO

 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA