kanal14.az
kanal14.az

Təhsil Nazirliyindən “Son zəng” AÇIQLAMASI

Təhsil Nazirliyindən “Son zəng” AÇIQLAMASI
7-06-2021, 11:11 67 dəfə baxılıb

Təhsil Nazirliyindən
Orta məktəb məzunlarının "Son zəng” tədbirinin keçirilib-keçirilməməsini Nazirlər Kabineti müəyyən edəcək.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən məlumat verilib. Nazirlik qərar haqqında ictimaiyyətə məlumat veriləcəyini qeyd edib:

"Pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, orta məktəblərdə 2020-2021-ci tədris ili iyun ayının 15-də yekunlaşacaq.

Bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA