kanal14.az
kanal14.az

Flora Kərimova yaltaq məmurları biabır etdi: - “Arvadını itələyib qabağa keçir ki…”

Flora Kərimova yaltaq məmurları biabır etdi: - “Arvadını itələyib qabağa keçir ki…”
22-05-2021, 14:29 94 dəfə baxılıb

Flora Kərimova yaltaq məmurları biabır etdi:
Kanal14.az: - "Həmin konsertdə elə insanlar var idi ki... Təsəvvür edin, arvadını itələyib, qabağa keçir ki, ölkə rəhbərliyi bunu görsün. Görsün ki, necə "ürəkdən” alqışlayırlar”.

Bu sözləri Yenisabah.az-a bir müddət əvvəl Şuşaya yollanaraq Cıdır düzündə keçirilən "Xarıbülbül" festivalına qatılan Xalq artisti Flora Kərimova deyib.

Sənətçi orada qarşılaşdığı bəzi hadisələrdən sonra vəziyyətinin pisləşdiyini qeyd edib:

"O gün mən də Şuşada konsertdə idim. Çox sağ olsunlar, saydılar, məni də çağırdılar. Həmin konsertdə elə insanlar var idi ki... Sənin qəhrəman insanı alqışlamaq zatən vətəndaş borcundur. Sən Şuşada dayanmısansa, başına bomba, raketlər tökülmürsə, məhz ona borclusan. Belə şeyləri görüb elə günə düşdüm ki... Özümdən, insanlardan iyrəndim. Ordan qayıtmışdım oğlum mənim halımı görüb dəfələrlə soruşdu ki, "Ana, sənə nə olub?”

Xanım sənətçinin sözlərinə görə hakimiyyət o insanların yaltaqlığına ehtiyac duymur:

"Başa düşün ki, nə Heydər Əliyevin sizin alqışınıza ehtiyacı vardı, nə İlham Əliyevin, nə də Mehriban Əliyevanın ehtiyacı var. Hökumətin yaltaqlığınıza ehtiyacı yoxdur, onlara bu lazım deyil. Onların şücaəti 44 günlük müharibədə bilindi. Bütün dünya bundan danışır, Şuşanın dağlarına əsgərlərimizin yalın əllə dırmaşması artıq dərsliklərə salınıb. Siz əl çəkin bu yaltaqlığınızdan, balaca uşaqları yaltaqlığa öyrətməyin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA