kanal14.az
kanal14.az

"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq

28-04-2021, 17:46 81 dəfə baxılıb

 

"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq

 

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo İngiltərədə "Çelsi"yə qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də "kral klubu"nda keçiriləcək prezident seçkisində nəzarətçi təyin olunmasıdır.

Düzdür, cavab matçı seçkidən bir gün sonra oynanılacaq. Amma pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq.

Qeyd edək ki, "Çelsi" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA