İdman

Raul “Real”ın baş məşqçisi oldu

Raul


"Real”ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.

41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, "Real”ın ikinci komandası sayılan "Kastilya”ya baş məşqçi təyin edilib. İspaniyalı ilə müqavillə imzalanıb. Sözləşmənin detalları haqda məlumat verilməyib. "Kastilya” B Sequndasında mübarizə aparır.

Qeyd edək ki, 1994-2010-cu illərdə "Real”da çıxış edən Raul 550 oyuna 228 qol vurub.

fanat.az