Gündəm / Sosial

Yoluxma olmayan bölgələri karantindən çıxarmaq olar? - AÇIQLAMA

Yoluxma olmayan bölgələri karantindən çıxarmaq olar?
Kanal14.az: - Ölkənin bəzi bölgələri, kəndlər var ki, onlarda koronavirusa yoluxma hadisəsi yoxdur və ya göstəricilər çox aşağıdır.

Amma həmin bölgələr də karantin tətbiq olunur, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı məhdudiyyət var, xeyir-şər məclislərinin təşkilinə icazə verilmir.

Təhsillə bağlı qərarda olduğu kimi, digər karantin tədbirlərinə də lokal olaraq yanaşmaq məqsədəuyğun olmazmı?

Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, karantin həm də bir bölgəyə giriş və çıxışa nəzarət deməkdir:

"Əgər hansısa bölgədə yoluxma yoxdursa, ora gediş-gəliş sərbəstdirsə, bu yoluxmanın orada da yayılması deməkdir. Nəyə görə yoluxma başlayanda biz deyirdik ki, ölkənin sərhədləri qapansın və giriş-çıxışa nəzarət olsun. Əgər hər hansı bölgədə yoluxma yoxdursa və ya azdırsa, orada karantin qaydalarına riayyət etmək şərtdir ki, yoluxma artmasın. Bu qlobal bir pandemiyadır, bunu nəzərə almaq lazımdır”.

Həmin bölgələrdə lokal keçirilən toy, nişan və yas mərasimlərinə icazə verilməsi mümkündürmü?

Adil Qeybulla bildirib ki, sözügedən bölgələr izolyasiya olunmuş bölgələr deyil:

"Ona görə də onlarda da karantin digər bölgələrdə olduğu kimi olmalıdır. Ola bilsin ki, orada karantin qaydalarına riayyət olunub ki, yoluxma az olub. Bir neçə nəfərin yoluxmuş şəxsin həmin bölgəyə getməsi kifayyət edir ki, kütləvi yoluxma baş versin. İnsanlar qısa müddətə bir-birini yoluxdurur, Britaniya ştammı qısa müddətdə bütün Avropanı bürüdü. Bu baxımdan da həmin bölgələrdə də toylara və ya başqa kütləvi tədbirlərə icazə verilə bilməz. Hesab edirəm ki, restoranlar da bağlı olmalıdır, bu xeyli yoluxmanın əsasında dayanır”.