Gündəm / Sosial

Apreldən toyların keçirilməsinə bu qaydada icazə verilə bilər - AÇIQLAMA

Apreldən toyların keçirilməsinə bu qaydada icazə verilə bilər - AÇIQLAMAAzərbaycanda koronavirusa yoluxanların sayı 128-ə düşüb. Ölənlərin sayında da xeyli azalma müşahidə olunur. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, aprel ayından toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, toyların keçirilməsinə icazə gündəlik yoluxma sayından asılı olacaq:

 

"Bu gün insanlarımız karantin qaydalarına əməl edirlər. Ötən illə müqayisədə demək olar ki, küçədə maskasız insan yoxdur. Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsələr, yenidən yoluxma sayının artma ehtimalı azdır. Əlbəttə, bu vaksinasiyanın nə qədər insanı əhatə etməsindən və vətəndaşlarımızın qoyulan qaydalara əməl etmələrindən asılı olacaq. Düşünürəm ki, əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Hətta hesab edirəm ki, aprel ayından toy və digər mərasimlərin keçirilməsi mümkün olacaq. Əlbəttə, toyların keçirilməsi ilə bağlı qaydaların hazırlanması mütləqdir. Təbii ki, qonaq sayını iki-üç dəfə azaltmaq və masalar arasında məsafə 2 metr olmaq şərti ilə toyların keçirilməsinə icazə verilə bilər".