kanal14.az
kanal14.az

“Mədəniyyət kanalı AzTV-nin balansından çıxarılıb Mədəniyyət Nazirliyinə verilməlidir” - QALMAQALLI TƏKLİF

“Mədəniyyət kanalı AzTV-nin balansından çıxarılıb Mədəniyyət Nazirliyinə verilməlidir” - QALMAQALLI TƏKLİF
12-04-2021, 14:02 72 dəfə baxılıb


"Düşünürəm ki, Mədəniyyət TV-ni Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərkibindən çıxarılaraq Mədəniyyət Nazirliyinin balansına verilsə daha effektiv olar. Onsuzda bu televiziya Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin balansında həmişə ögey uşaq kimi olub. İndi Mədəniyyəti doğmalaşdırmaq və vahid strategiyanın tərkib hissəsinə çevirmək lazımdır”.

Kanal14.az  KONKRET.az-a istinadən  xəbər verir ki, bu təkliflə tanınmış telejurnalist Aqil Məmmədov çıxış edib. O, özünün facebook səhifəsində bunu belə əsaslandırıb:

"Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra əsas məsələ Dağlıq Qarabağ ərazisində kompakt yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının adaptasiyası, onların talışlar, ləzgilər, ruslar, avarlar, türklər və digər xalqlarla birgə yaşayış ənənələrinin formalaşdırılmasıdır. Yeni dönəmdə ölkənin güc strukturları ilə yanaşı, mədəniyyət sahəsinə cavabdeh qrumlarında üzərinə böyük missiya düşür. Mədəni təğliğat artıq yeni konsepsiya əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilməlidir. Bildiyim qədər artıq Mədəniyyət Nazirliyi yeni konsepsiyanın hazırlanmasına start verib. Konsepsiyanın əsas tərkib hissəsindən biridə televiziya vasitəsi ilə vahid strategiyanın, təbliğatın qurulmasıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA