Gündəm / Cəmiyyət / Sosial

"Başqa sahələrə nisbətən biz daha çox zərbə alırıq"


"COVID-19 ən böyük zərbəni teatra vurdu. Onun fəsadları hələ uzun müddət incəsənətimizdə qalacaq”.

Bunu Azvision.az -a Xalq artisti Ramiz Məlik deyib. Aktyor pandemiya şəraitində sənətdən uzaq düşdüyünü bildirib.
"Teatrda bütün işlərimiz dayandırılıb. Başqa sahələrə nisbətən biz daha çox zərbə alırıq. Çünki bizim sənət insanlarla canlı ünsiyyət tələb edir. Bu isə hazırki vəziyyətdə mümkün deyil. Onlayn tamaşalarımız olur. Bir aylıq repertuar əvvəlcədən edilmiş çəkiliş əsasında yayımlanır. Ancaq bu qaneedici deyil. Pandemiya incəsənətə çox böyük zərbə vurdu. Rəssam öz emalatxanasında oturub şəklini çəkə bilər. Bəstəkar bir küncə çəkilib öz musiqisini yaza bilər. Aktyorlar, xareoqraflar, rəqqaslar isə virusun fəsadlarından yan keçə bilmədilər”.

R. Məlik vaxtını əsasən evdə keçirdiyini söyləyib: "Günümün çox hissəsi evdə keçir. Lazım olanda bazara, dükana gedirəm, məişət işləri ilə məşğul oluram. Qalan vaxtı isə kompüterin qabağında oturub xəbərləri oxuyuram, şərh yazıram. "Facebook" şəbəkəsində aktivəm. Necə deyərlər, qurdumuzu belə öldürürük. Bu yaxınlarda Mədəniyyət kanalında haqqımda veriliş getdi. Tamaşaçılar qarşısına çıxıb söhbət etdim.

Nəvələrimin ikisi xaricdə, digərləri Azərbaycandadır. Bayrama görə qızım xaricdən ölkəmizə gəlib. Ancaq onlarla harasa çıxıb gəzə bilmirəm. Çölə çıxdınsa, gərək maska taxasan.
Maska ilə gəzmək mümkün deyil, adam boğulur. Operativ Qərargahın ümidinə qalmışıq”.