Gündəm / Dünya

Fransada 11 yaşlı uşaq bələdiyyə sədrinin başını kəsməklə hədələyib

Fransada 11 yaşlı uşaq bələdiyyə sədrinin başını kəsməklə hədələyib
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Fransada "Facebook” sosial şəbəkəsində Lyon şəhəri yaxınlığında yerləşən Riye-la-Pap kommunasının bələdiyyə başçısı Aleksandr Vensande başının kəsilərək yandıracağı ilə hədələnib.

APA yerli  "LyonMag” nəşrinə istinadən xəbər verir ki, polis paylaşımla bağlı araşdırma apararkən həmin yazının 11 yaşlı oğlan tərəfindən yerləşdirildiyi ortaya çıxıb.

Lyon şəhər prokuroru Jaket Nikolas bildirib ki, onun barəsində yaşı nəzərə alınaraq, alternativ intizam tədbirlər görüləcək.

Prokuror yeniyetmənin tək olmadığı və onunla həmfikir olan qrup üzvlərinin də axtarıldığını deyib.