Gündəm / Dünya

Qırğız Respublikası prezidentinin feysbuk səhifəsi sındırılıb

Qırğız Respublikası prezidentinin feysbuk səhifəsi sındırılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun feysbuk səhifəsi sındırılıb.

"Report” "24.kg”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat xidmətinin rəhbəri Qalina Bayterek bildirib.

Onun sözlərinə görə, hakerlər səhifəni sındırdıqdan sonra müxtəlif mövzularda şərhlər yazıblar. Q.Bayterek əmin edib ki, səhifədə yerləşdirilən şərhlərə prezidentin heç bir aidiyyəti yoxdur: "Sadır Japarov ictimaiyyətin fikirinə hörmətlə yanaşır. Ona görə də o, belə bir şərhi yazmağı özünə heç vaxt rəva bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl Sadır Japarovun şəxsi sosial səhifəsində Qırğız Respublikası parlamentinin müxalif Sosial Demokrat Partiyasından olan deputatı Dastan Bekeşev barədə təhqiramiz şərh yazılıb.